Təbii Dolğu / Dolğu Filler / Kosmetoloq

Həkim kosmetoloq – tibbi kosmetologiya sahəsində çalışan mütəxəssisdir. O, pasiyentin üz və bədən hissəsindəki estetik qüsurların korreksiyası ilə məşğul olur. Bir çox estetik və kosmetoloji prosedurları yerinə yetirir.

Təbii Dolğu

Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir.

Dolğu Filler

Estetik məqsədlə tətbiq olunan dolğu maddələri burun kənarlarındakı qırışlara (nazolabial), ağız kənarlarındakı sallanmalara (marionette), almacıq sümüyünün olduğu bölgənin dolğunlaşdırılmasında istifadə edilməkdədir. İncə dodaqların qalınlaşdırılmasında dodaq içinə tətbiq olunmaqdadır. Mimikayla ortaya çıxan qaş arası və alın xəttlərinin aradan qaldırılmasında istifadə edilə bilər. Göz altı çuxurlarının yaxşılaşdırılmasında dolğu tətbiq edilə bilər. Əlin üst tərəfinə tətbiq edilən dolğular, zamanla həcmini itirmiş və yaşlı görünən əllərin daha gənc görünməsinə səbəb olur.

Estetik məqsədlə ən çox, qalıcı olmayan "hyaluron turşusu" dolğular istifadə edilməkdədir. Bu maddə dəri altında olan bir dəstək maddədir və yaşla birlikdə dəridəki miqdarı azaldır. Dolgu maddəsi kimi istifadə olunan hyaluron turşu dolğusu laboratoriya şəraitində hazırlanır və dəriyə uyğun gələn bir maddədir. Hyaluron turşu dolğularının təsir müddəti 6-12 aydır.

Plazma (PRP) prosedurunun xeyirləri

PRP, yəni Platelet Rich Plazma (Platelet - trombosit ilə zənginləşdirilmiş plazma) ilk dəfə 15 il bundan qabaq stomatologiya sahəsində tətbiq edilməyə başlanıb. Sonradan kosmetologiya sahəsində də özünə yer edə bilib. Uzun müddətdir kosmetologiyada geniş şəkildə tətbiq edilən PRP - dəri sallanması, qırışlar, ləkə, sızanaq, yara izləri, dəri çatlaqları və saç tökülməsində istifadə edilən bir üsuldur. Bəs bu prosedur necə həyata keçirilir, faydaları nədir?

Milli.Az lent.az-a istinadən bildirir ki, xanımları maraqlandıran bu sualları həkim-kosmetoloq Xariqə Quliyeva cavablandırıb.

X. Quliyevanın sözlərinə görə, PRP-nin tətbiqində insanın bədənin digər bölgələrindən qan götürülür, sentrifuqadan keçirilərək, qan laxtalanmasını təmin edən trombositlər ayırd edilir və lazımlı bölgəyə inyeksiya edilir: "PRP həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. PRP sistemi zamanı bədənə inyeksiya edilən trombositlər kök hüceyrələri aktivləşdirərək toxumaların yenilənməsinə yardım edir. Qandan ayrılan trombositin üzərinə xüsusi aktivləşdirici maddə əlavə olunur və xəstəyə inyeksiya edilir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərimizin gəncləşməsindən saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir".

Kosmetoloq deyir ki, PRP yaşlılığın profilaktikası, stressdən korlanmış dəri,pPlastik əməliyyat, günəş, yanlış kosmetik vasitələrin əks təsirindən korlanan dərinin müalicəsi, dərinin həddən çox quruluğu, ləkələrin müalicəsi, incə qırışların aradan qaldırılması, sızanaq çapıqlarının müalicəsi, saç tökülməsi və digər problemlər zamanı tətbiq edilir.

PRP-dən sonra yenilənməylə bağlı olaraq dəridə sıxlaşma və sallanmada azalma qeyd olunduğunu deyən X.Quliyeva bu prosedurun qırışlarda azalma, dəridəki ləkələrin açılması, dəri rəngində parlaqlıq, dərinin elastikləşməsi kimi müsbət təsirlərinin olduğunu da bildirib: "Elə ilk prosedurdan dərini aydınladan və parlaqlıq qazandıran PRP 15 gün aralıqlarla 3-4 seans şəklində aparılır. 6-12 ay sonra təkrarlana bilər. PRP-dən əldə edilən effektin qalıcı olması üçün il ərzində 1, ya 2 dəfə edilməsi məsləhətdir. PRP-nin allergik təsiri çox azdır. Çünki insanın öz qanı bədənində hansısa allergik təsir yarada bilməz. Bəzən iynələrdən dolayı üzdə kiçik göyərmələr yarana bilər. Bunun üçün prosedurdan sonra həmin bölgəyə buz qoymaq, ya da K vitaminli kremlər vurmaq olar. PRP-dən sonra isti duş qəbul etmək olmaz".

Kosmetoloq onu da qeyd edib ki, PRP xərçəng riski olan, qan laxtalanması, ya da başqa qan xəstəliyi olan, infeksiya keçirmiş, immunitet sistemində problemi olan, ağır diabetdən əziyyət çəkən, psixi problemi olan, dəri iltihabı olan, hamilə və əmizdirən qadınlara tövsiyə edilmir.

Botoks nədir və kimlər etdirə bilərlər?

Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.

Botoks nədir?

Yasilelm.com-a bildirir ki, clostridium botulinum bakteriyası torpaq, meşə, göllər daxil olmaqla bir çox təbii birləşmələrdən alınır. Bakteriyaya həmçinin məməlilərin və balıqların bağırsaqlarında, xərçəng və digər dəniz canlılarının organlarında və qabıqlarında rast gəlmək mümkündür. Clostridium botulinum bakteriyasının və sporlarının bu cür təbiətdə tapılan forması əsasən zərərsizdir. Problem yalnız sporlar vegetativ hüceyrələrə çevriləndə və bu hüceyrələr artanda ortaya çıxır. Bu zaman bakteriya botulizmə səbəb ola bilən ölümcül neyrotoksin-botulinum toksin ifraz etməyə başlayır. Neyrotoksinlər sinir sistemini hədəf alaraq, neyronların effektiv əlaqəsini təmin edən xəbərləşmə prosesinə mane olur.

Funksiyası

Botulinum toksin insana məlum olan ən güclü zəhərlərdən biridir. Alimlər həsablayıb ki, 1 qr botulinum toksin 1 milyon insan, bir neçə kq botulinum toksin isə yer üzündəki bütün insanların ölümünə səbəb ola bilər. Yüksək miqdarda botulinum toksin botulizmə- insan həyatını təhlükəyə atan ciddi xəstəliyə səbəb ola bilər. Müalicə olunmamış botulizm isə tənəffüs çatışmazlığı və ölümlə nəticələnə bilər. Botulinum toksinin belə zəhərli olmasına baxmayaraq, botoksa tələbat çoxdur.

Bütün bunlara baxmayaraq, botulinum toksinin çox qiymətli müalicəvi protein olduğu sübut olunmuşdur.

Botulinum toksin insana çox cüzi miqdarda inyeksiya olunur və funksiyası sinir hüceyrələrindən gələn siqnalların əzələlərə çatmasının qarşısını almaq, yəni onları qısamüddətli iflic etməkdir.

Əzələlərin dartılması üçün sinirlər sinir ucları və əzələ hüceyrələrinin qovşağında asetilkolin adlı kimyəvi daşıyıcı ifraz edir. Asetilkolin əzələ hüceyrələrindəki reseptorlara birləşərək əzələlərin yığılmasını və boşalmasını təmin edir.

Botoks yeridildiyi nahiyədə asetilkolinin ifrazına mane olaraq əzələlərin yığılmasının qarşısını alır. Botulinum toksin əzələlərin sərtliyini azaldaraq həm də onların normadan artıq yığılmasını azaldır.

Tətbiqi

Botoks əsasən qırışların və üz cizgilərinin ortadan qaldırılmasında tətbiq olunur. Estetik müdaxilələrdən başqa botoks həm də çəpgözlük, həddindən artıq tərləmə, migren, sidik qaçırma kimi bir çox tibbi komplikasiyalarda da istifadə olunur.

Botulinum toksin hal-hazırda 20-dən artıq tibbi problem zamanı istifadə olunur və botoksun müxtəlif vəziyyətlər üçün istifadəsi ilə bağlı araşdırmalar aparılır. Botulinum toksin hal-hazırda aşağıdakı hallarda tətbiq olunur:

Blefarospazma, boyun və çiyin əzələlərinin qıcolması, xroniki miqren, hiperhidroz, strabismus (çəpgözlük), iflic sonrası yuxarı ətrafların spazmı, qeyri-iradi sidik ifrazı, üzün bir tərəfli qıcolması, qaşların arasındakı qırışlar, gözətrafı qırışlar

Botulinum toksinin göstərişdənkənar istifadəsi:

Udqunma çətinliyi, anal çatlar və anismus, sialoreya (ağız suyunun hədsiz ifrazı), allergik rinit, anal sfinkterin disfunksiyası, serebral iflic, çeynəmə əzələlərinin spazmı, disfoniya.

Botulinum toksin bu adlar altında satışdadır:

Botox, vistabel, botox cosmetic (OnabotulinumtoxinA or botulinum toxin type A); Dysport (AbobotulinumtoxinA or botulinum toxin type A); Bocouture, xeomin, (IncobotulinumtoxinA or botulinum toxin type A); Myobloc (RimabotulinumtoxinB or botulinum toxin type B)

Prosedur

Prosedur botulinum toksin tozunun məhlulda həll olunması və birbaşa sinir-əzələ toxumasına yeridilməsi ilə baş tutur. Botoks 24-72 saat ərzində öz effektini göstərir. Çox nadir hallarda botulinum toksinin tam təsir göstərməsi 5 gün çəkə bilər. Botulinum toksinin hamiləlik və laktasiya dövründə, preparata və ya tərkibindəki komponentlərə qarşı həssaslığı qeydə alınan şəxslərdə istifadəsi yolverilməzdir.

Risklər və əks təsirlər:

Botulinum toksin inyeksiyaları əsasən zərərsizdir və əks təsirləri azdır. Çox nadir hallarda insanlarda dərmana qarşı zəif gözlənilməz reaksiyaya səbəb olan genetik meyillilik mövcud olur.

A tipli botulinum toksin qəbul edən insanların təxminən 1 faizi preparata qarşı immunitet qazanırlar və bu da növbəti prosedurların nəticəsiz olmasına gətirib çıxarır. Botulinum toksin bəzən istənməyən effektlər də verə bilər:

İnyeksiya nahiyəsində yüngül ağrı, ödem (şiş), eritema (qızartı); uyuşma; baş ağrısı; diskomfort; yüngül ürək bulantıları; müvəqqəti zəiflik və ətraf əzələlərin müvəqqəti iflici; üst dodağın və ya qaşın müvəqqəti olaraq aşağı sallanması; alt göz qapağının və ya lateral rektusun (gözün hərəkətini təmin edən əzələ) zəifləməsi; disfogiya; boyunun zəifləməsi; qripəbənzər xəstəliklər; braxial pleksus zədələnmələri; öd kisəsinin disfunksiyası; diplopiya (bir şeyin 2 dənə görünməsi); qanaxma; bulanıq görmə; görmə qabiliyyətinin zəifləməsi; ağızın quruluğu; yorğunluq; övrə (urtikariya- dərinin allergik səpməsi); səpgilər; xırıltı; şişginlik.

Botulinum toksinin kütləviliyi artmağa davam edir. A tipli botulinum toksin prosedurları 2000-ci ildən bəri 700 faiz artaraq 2013-cü ildə 6.3 milyona çatmışdır.

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00