PRP, yəni Platelet Rich Plazma (Platelet - trombosit ilə zənginləşdirilmiş plazma) ilk dəfə 15 il bundan qabaq stomatologiya sahəsində tətbiq edilməyə başlanıb. Sonradan kosmetologiya sahəsində də özünə yer edə bilib. Uzun müddətdir kosmetologiyada geniş şəkildə tətbiq edilən PRP - dəri sallanması, qırışlar, ləkə, sızanaq, yara izləri, dəri çatlaqları və saç tökülməsində istifadə edilən bir üsuldur. Bəs bu prosedur necə həyata keçirilir, faydaları nədir?

Milli.Az lent.az-a istinadən bildirir ki, xanımları maraqlandıran bu sualları həkim-kosmetoloq Xariqə Quliyeva cavablandırıb.

X. Quliyevanın sözlərinə görə, PRP-nin tətbiqində insanın bədənin digər bölgələrindən qan götürülür, sentrifuqadan keçirilərək, qan laxtalanmasını təmin edən trombositlər ayırd edilir və lazımlı bölgəyə inyeksiya edilir: "PRP həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. PRP sistemi zamanı bədənə inyeksiya edilən trombositlər kök hüceyrələri aktivləşdirərək toxumaların yenilənməsinə yardım edir. Qandan ayrılan trombositin üzərinə xüsusi aktivləşdirici maddə əlavə olunur və xəstəyə inyeksiya edilir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərimizin gəncləşməsindən saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir".

Kosmetoloq deyir ki, PRP yaşlılığın profilaktikası, stressdən korlanmış dəri,pPlastik əməliyyat, günəş, yanlış kosmetik vasitələrin əks təsirindən korlanan dərinin müalicəsi, dərinin həddən çox quruluğu, ləkələrin müalicəsi, incə qırışların aradan qaldırılması, sızanaq çapıqlarının müalicəsi, saç tökülməsi və digər problemlər zamanı tətbiq edilir.

PRP-dən sonra yenilənməylə bağlı olaraq dəridə sıxlaşma və sallanmada azalma qeyd olunduğunu deyən X.Quliyeva bu prosedurun qırışlarda azalma, dəridəki ləkələrin açılması, dəri rəngində parlaqlıq, dərinin elastikləşməsi kimi müsbət təsirlərinin olduğunu da bildirib: "Elə ilk prosedurdan dərini aydınladan və parlaqlıq qazandıran PRP 15 gün aralıqlarla 3-4 seans şəklində aparılır. 6-12 ay sonra təkrarlana bilər. PRP-dən əldə edilən effektin qalıcı olması üçün il ərzində 1, ya 2 dəfə edilməsi məsləhətdir. PRP-nin allergik təsiri çox azdır. Çünki insanın öz qanı bədənində hansısa allergik təsir yarada bilməz. Bəzən iynələrdən dolayı üzdə kiçik göyərmələr yarana bilər. Bunun üçün prosedurdan sonra həmin bölgəyə buz qoymaq, ya da K vitaminli kremlər vurmaq olar. PRP-dən sonra isti duş qəbul etmək olmaz".

Kosmetoloq onu da qeyd edib ki, PRP xərçəng riski olan, qan laxtalanması, ya da başqa qan xəstəliyi olan, infeksiya keçirmiş, immunitet sistemində problemi olan, ağır diabetdən əziyyət çəkən, psixi problemi olan, dəri iltihabı olan, hamilə və əmizdirən qadınlara tövsiyə edilmir.

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00