Bizim mərkəzdə "VARİKOZ DAMAR ƏMƏLİYYATLARI" icra edilir
Varikoz -dan azad olmaq üçün müxtəlif prosedurlardan kompleks şəkildə istifadə olunur...

Bunlardan:

- Radiofrekans ablasiya

- Endovenoz lazer ablasiya

- «PİN stripping» üsulu ilə flebektomiya

- Miniflebektomiya

- Exoskleroterapiya tətbiq olunur.

1. Endovenoz Lazer Ablasiya
Yüksək kosmetik effekt əldə etməyə imkan verən müasir metoddur.

"Endovenoz lazer ablasiya əməliyyatı" kəsiksiz, tikişsiz, nakozsuz, ağrısız və qospitalizasiya olunmadan icra edilir. Varikoz -dan 1 gün içində yaxa qurtarmış olursuz.

Endovenoz lazer ablasiya yəni "LAZER DAMAR ƏMƏLİYYATI" necə aparılır?

Lazer ablasiya iki etapda aparılır:

I etap

Xüsusi angiokateter ilə varikoz damar punksiya olunaraq kateter ( FİBER) damar daxilinə yeridilir və damar termiki təsirə məruz qalaraq yandırılır. 6-12 ay müddətində termiki təsirə məruz qalmış damar sorularaq itir.

II etap

Üzdə görünən damarlar 1-2 mm lik dəlikdən xüsusi alətin köməyi ilə ləğv edilir (miniflebektomiya)

Endovenoz lazer ablasiyanın yəni (LAZER DAMAR ƏMƏLİYYATI) üstünlükləri nədədir?

- ağrısız olması

- kəsiksiz

- narkozsuz

- hospitalizasiya olunmadan

- əmək qabiliyətini itirmədən

Əməliyyat bütün gedişi boyu ultrasəs müayinəsi nəzarəti altında aparılır
Ənənəvi üsuldan fərqli olaraq ağırlaşmalar minimaldır

Mərkəzimizdə alman istehsalı olan 1470 nm-lik radiar Biolitek cihazından istifadə edilir.

Konsultasiyaya yazılın 

2. Varikozun radiofrekans ablasiya ilə ləğvi ən son effektiv metoddur.

Prosedur ABŞ istehsalı olan COVİDEN cihazı ilə aparılır.

Radiofrekans ablasiya prosedurunun üstünlüyü ondan ibarətdir ki, aparat temperaturu özü tənzim edir və bu da proseduru daha aşağı riskli etmiş olur. Bir ayaq üçün 30-60 dəqiqə tələb olunur. Əməliyyat sonrası pasiyent 1 saat stasionarda müşahidə altında qaldıqdan sonra evə buraxılır.

RF ablasiya digər metodlardan üstünlüyü nədədir?

Radiofrekans ablasiya üsulu

Yüksək dəqiqlik və effektivlik
Yüksək təhlükəsizlik ( ətraf toxumalar zədələmir)
Yerli keyləşmə ilə aparılması
Yüksək kosmetik effektivlik
Ambulator aparılması
Ə/sonrakı dövrdə reabilitasiya tələb olunmaması ilə səciyyələnir.

3. "PİN STRİPPİNG" üsulu ilə flebektomiya

"PİN STRİPPİNG" flebektomiya (yəni damarın açıq üsulla kəsiklə ləğvi) xüsusi alət olan "PİN STRİPPER" vasitəsilə varikoz damar -ın ləğv olunmasına əsaslanır. Əməliyyatın "Bebcock" üsulundan fərqi və özəlliyi venoz damar -ın invaginasion yəni "corab" kimi çevrilərək çıxarılmasına əsaslanır, bununla da ətraf toxumaların zədələnməsi digər açıq üsullardan daha minimaldır və əməliyyatdan sonrakı dövr demək olar ki, ağrısız keçir.

Açıq əməliyyatın icrasına göstəriş əsasən iki səbəbdəndir:

1- venoz damarın qıvrımşəkilli olması

2- venoz damarın diametrinin 2 sm -dən böyük olması 

4. EXOSKLEROTERAPİYA nədir?

İri ölçülü damarlar exoskleroterapiya ilə aradan qaldırılır. Prosedur xüsusi sklerozlaşdırıcı preparatın venoz damar daxilinə yeridilərək damar divarının “yapışmasına” əsaslanır. Prosedur əvvədən sona kimi USM nəzarəti ilə aparılır. Bu üsul həmçinin gözlə görünməyən varikoz damarların bağlanmasında əvəzedilməzdir. Exoskleroterapiya həmçinin residiv varikoz -un qarşısını almaqda əvəzolumaz bir metoddur.

Exoskleroterapiya ambulator, ağrısız qeyri-travmatik olması ilə səciyyələnir. Prosedur sonrası 3-4 həftə elastik corab geyinmək mütləqdir.

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00