Nevrologiya tibbin sinir sistemi xəstəlikləri ilə məşğul bir sahəsidir. Nevrologiya mərkəzi və periferik sinir sisteminin bütün kateqoriyaları, xəstəlikləri (onun alt bölümləri, avtonom sinir sistemi və somatik sinir sistem); onun qişaları, qan damarları və bütün toxumaları da daxil olmaqla məşğuldur.

Nevroloji təcrübə daha çox sinir sistemini elmi cəhətdən öyrənən nevrologiya elminə əsaslanır. Nevrologiya termini iki sözün kombinasiyasından, birləşməsindən - “neuron” sinir hüceyrəsi, “logia” örənirəm mənalarından- əmələ gəlmişdir.

Beyində təxminən 100 billion neyronlar vardır, onlar öz impulslarını yaratmaq və qonşu hüceyrələrdən impulsları qəbul etmək və ötürmək qabilliyyətlərinə malikdirlər. Nevrologiya aşağıdakıları öyrənir:
- Mərkəzi sinir sistemi, periferik sinir sistemi, avtonom sinir sistemi
- Sinir sisteminin struktur və funksional xəstəlikləri, doğuş defektlərindən tutmuş Parkinson və ya Alzaymır kimi degenerativ xəstəliklərə kimi sadalamaq olar.

Nevrologiya həmçinin görüntüləmə və elektrik impulslarının öyrənilməsini də özündə cəmləyir. Məsələn, görüntüləmənin öyrənilməsi KT (komputer tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) şəkillərinin görüntülənməsində istifadə edilir. EEQ ( elektroensefaloqramma) beynin elektrik fəallığını öyrənərək epilepsiya xəstəliyinin diaqnostikasında əhəmiyyətli rol oynayır. Eyni zamanda nevroloq beyin onurğa beyni mayesini sinir sisteminin infeksion xəstəliklərinin diaqnostikasında istifadə edə bilər.

Nevroloq -nevrologiya üzrə ixtisaslaşmış , nevroloji xəstəliklərin diaqnozu və müalicəsi və ya kəşfləri ilə treninq keçmiş həkimdir. Nevroloq klinik araşdırmalara, klinik təcrübələrə və əsas və ya translasional tədqiqatlara da cəlb edilə bilər.Nevrologiya qeyri cərrahi ixtisasdır, onun cərrahiyyə ixtisasına neyrocərrahiyə uyğundur.

19-cu əsrdə ruhi xəstəliklər (psixiyatrik xəstəliklər) nevroloji xəstəliklər ilə birgə ələ alınırdısa, 20-ci əsrdən etibarən psixiyatriya ayrıca bir qol olaraq ayrılmışdır.

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00