Bizə müraciət etmiş hər bir pasient göstərdiyimiz xidmətin səviyyəsindən razı qalmışlar.

"Davinci Estetik Klinika" da estetik-plastik əməliyyatlar yüksək ixtisaslı cərrahlar tərəfindən uğurla aparılır.

Təcrübəli, ixtisaslı, gülərüz həkim və kosmetoloq heyəti ilə hər zaman xidmətinizdəyik.

Da Vinci Estetik Klinika gülərüz həkim və personel heyəti ilə!

 24 saat acil

+994 70 530 50 80 / 81

XİDMƏTLƏRİMİZ

Bu Günə Qədər Nələr Etdik..?

Sizlərə daha yaxşı xidmət edə bilmək üçün daima çalışırıq!

73459
81598
72639
69784
 

 

 

Tam olarak Nə işlər gördük

 

Klinikamız ölkə səviyyəsində ən aşağı qiymət strategiyasını müəyyən etmişdir. Bunu etməkdə məqsədimiz...

Yüksək keyfiyyətli xidmət klinikalarımızın ən vacib strategiyasıdır. Artıq klinikalarımızda olmuş hər pasientimiz...

Bütün klinikalarımızda istifadə edilən preparatlar rəsmi olaraq əldə edilir və Səhiyyə Nazirliyi tərəfindən rəsmi...

Klinikalarımız Səhiyyə və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi Lisenziya ilə fəaliyyət göstərir....

Klinikalarımız Səhiyyə Nazirliyinin təqdim etdiyi protokallar əsasında təchiz olunmuşdur. Bütün otaqlar və...

Bütün xidmətlərimiz haqqında hər pasientimizə tam şəkildə ətraflı məlumat verilir. Hər icra edilən proseduraların...

Bizdən Xəbərlər

Bütün kampaniyalarımız, endirimlərimiz, məqalələrimiz və kosmetologiya-estetikaya aid hər məlumatı bizdən xəbər ala bilərsiniz!

Kompüterli tomoqrafiya x-şüası istifadə edilməklə orqanizmin incələnilən bölgəsinin dəqiq görüntüsünü çıxartmaq üçün radioloji diaqnostika üsuludur. İncələmə zamanı xəstə kompüterli tomoqrafiya aparatının masasında hərəkət etmədən uzanır.

Masa manuel ya da pult ilə cihazın “gantry“adı verilən açıqlığına aparılır. Cihaz bir kompüterə bağlıdır. X-şüası incələnəcək xəstə ətrafında 360 dərəcəlik bir dönüş hərəkəti həyata keçirərkən oyuq və ya gantry boyu düzülmüş təyin edicilər tərəfindən x-şüası bədənə təmas edərək əldə edilən göstəricilər bir kompüter tərəfindən qey olunur. Nəticədə toxumaların bir-birinin ardınca bloklu görüntüləri yaradılır. Yaradılan görüntülər kompüter ekranından izlənə bilər. Bundan başqa, görüntülər lentə köçürülməsi kimi lazım olduqda təkrar kompüter ekranına gətirmək üzrə optik diskdə toplana bilər. Kompüterli tomoqrafiya digər x-şüa incələmələrinə görə, bəzi üstünlüklərə malikdir. Xüsusilə orqanların, yumşaq toxuma və sümüklərin formasını və necə yerləşdiyini olduqca dəqiq göstərir.Ayrıca KT müayinəsi həkimlərə sadə kist (İçində maye və ya yarı maye olan ətrafı əhatəli kisə şəklində şiş) və sərt (solid) şiş (bəzi hüceyrələrin sürətlə çoxalması səbəbindən yaranan toxuma kütləsi) ayrıd edici diaqnozunda köməkçi kimi xəstəliklərin daha yaxşı qiymətləndirilməsini təmin edir. Daha önəmlisi, KT birbaşa grafilerdən daha ətraflı görüntülər yaradaraq xərçəng xəstəliyi yayılımının qiymətləndirilməsinə yardımçı olur. Xərçəng yayılması haqqında əldə ediləcək məlumatlar həkimləri xərçəngə qarşı tətbiq olunacaq müalicə üsulunda istiqamətləndirərək kemoterapi, radyoterapi, cərrahi müalicə və ya bunların müəyyən kombinasiyalarının istifadə edilib edilməyəcəyi ilə bağlı qərar vermələrində yardımçı olur. Beləliklə, sağlam toxumalar, bir çox faydaları olmaqla birlikdə ciddi yan təsirləri ola biləcək müalicə üsullarının lazımsız müdaxilələrindən qorunmuş olur. KT, birbaşa grafilərlə göstərilməyən bədəndə beyin kimi bir çox təbəqənin qiymətləndirilməsini mümkün etmişdir. Həmçinin digər görüntüləmə üsullarından daha tez və düzgün şəkildə bir çox xəstəliyin diaqnozunu təyin etməkdə yardımçı olmuşdur. Xəstəliklər erkən diaqnoz edildikdə daha yaxşı müalicə edildiklərinə görə KT bu kimi üstün xüsusiyyətləri ilə həkimlərin bir çox insanın həyatını xilas etməsinə yardımçı olmuşdur. Müayinə tamamilə ağrısızdır.Müayinə zamanı xəstədən KT cihazının masasında heç bir hərəkət etmədən uzanması tələb olunur. Aparılacaq müayinənin növünə bağlı olaraq xəstəyə qol damarlarından kontrast maddə inyeksiya edilə biləcəyi kimi kontrast maddə içməsi də tələb oluna bilər. Müayinənin bu qismi xəstə üçün bir az narahatlıq yarada bilər. Kontrast maddələr yod tərkibli olduğu üçün bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xəstənin müayinədən əvvəl radyoloqa bu cür maddələrə qarşı daha əvvəl allergik bir reaksiya göstərib göstərmədiyini və əgər varsa başqa maddələrə qarşı allergiyasını bildirməsi lazımdır. Xəstəyə daha əvvəldən hazırlanmış bir KT müayinəsində, İVP adlanan böyrək müayinəsində və ya ürək və damarların angioqrafiya olaraq da adlandırılan kateterizasiya zamanı kontrast maddə verilmiş ola bilər. KT cihazları X şüalarından istifadə edir.Xəstənin təhlükəsizliyi üçün ən yaxşı şəkildə tənzimlənmiş,müayinə zamanı məruz qalınan radiasiya miqdarı lazımlı minimum səviyyədə olacaq şəkildə hazırlanmışdır. X şüaları ana bətnində inkişaf etməkdə olan fetusa zərər verəcəyindən müayinə hazırlığına başlamazdan əvvəl xəstənin hamiləlik şübhəsi varsa, bu mövzuda həkimə məlumat verilməlidir.Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər. Qatı qida qəbulunun məhdudlaşdırılması bir çox tibbi əməliyyatdan əvvəl xəstənin təhlükəsizliyi üçün görülən bir tədbirdir.Başlanğıcdan axıra qədər KT çəkim müddəti orta hesabla 15 dəqiqədir.Müayinə bədənin hansı hissəsi ilə əlaqəlidirsə o mövzuda ixtisaslaşmış radyoloq həkimlər tərəfindən qiymətləndirilir və daha sonra xəstəyə bildirilir. KT müayinəsi aparılan şəxsin xəstəliyi ilə bağlı bir nəticəyə gəlməsini təmin edəcək kifayət qədər məlumatı əldə etdikdən sonra müayinə sona çatdırılır. DAVİNCİ HOSPİTAL-da kompüter tomoqrafiyası müasir avadanlıqlarla yüksək səviyyədə həyata keçirilir

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00