Bizə müraciət etmiş hər bir pasient göstərdiyimiz xidmətin səviyyəsindən razı qalmışlar.

"Davinci Estetik Klinika" da estetik-plastik əməliyyatlar yüksək ixtisaslı cərrahlar tərəfindən uğurla aparılır.

Təcrübəli, ixtisaslı, gülərüz həkim və kosmetoloq heyəti ilə hər zaman xidmətinizdəyik.

Da Vinci Estetik Klinika gülərüz həkim və personel heyəti ilə!

 24 saat acil

+994 70 530 50 80 / 81

XİDMƏTLƏRİMİZ

Bu Günə Qədər Nələr Etdik..?

Sizlərə daha yaxşı xidmət edə bilmək üçün daima çalışırıq!

73459
81598
72639
69784
 

 

 

Tam olarak Nə işlər gördük

 

Klinikamız ölkə səviyyəsində ən aşağı qiymət strategiyasını müəyyən etmişdir. Bunu etməkdə məqsədimiz...

Yüksək keyfiyyətli xidmət klinikalarımızın ən vacib strategiyasıdır. Artıq klinikalarımızda olmuş hər pasientimiz...

Bütün klinikalarımızda istifadə edilən preparatlar rəsmi olaraq əldə edilir və Səhiyyə Nazirliyi tərəfindən rəsmi...

Klinikalarımız Səhiyyə və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi Lisenziya ilə fəaliyyət göstərir....

Klinikalarımız Səhiyyə Nazirliyinin təqdim etdiyi protokallar əsasında təchiz olunmuşdur. Bütün otaqlar və...

Bütün xidmətlərimiz haqqında hər pasientimizə tam şəkildə ətraflı məlumat verilir. Hər icra edilən proseduraların...

Bizdən Xəbərlər

Bütün kampaniyalarımız, endirimlərimiz, məqalələrimiz və kosmetologiya-estetikaya aid hər məlumatı bizdən xəbər ala bilərsiniz!

Son zamanlar kosmetoloji prosedurlar arasında biorevitalizasiya tez-tez istifadə olunur. Bəs biorevitalizasiya nədir? Bu cavanlaşdırıcı prosedur dəri altına hialuron turşusunun yeridilməsinə əsaslanır. Preparatlar nazik iynə ilə nöqtəvi şəkildə vurulur, nəticədə dəridəki qocalma prosesləri ləngiyir. Qırışlar hamarlanır, dərinin rəngi və turqoru bərpa olunur.

Hialuron turşusu kollagen və elastin sintezini stimulə edir. Bu maddələr isə dərinin təravətli olmasına və sağlam şəkildə parıldamasına təsir göstərir.

Biorevitalizasiya nədir və onun üstünlükləri hansılardır?

  • Prosedur zamanı nazik iynələrdən istifadə olunduğundan ağrı demək olar ki, hiss edilmir;
  • Yüksək effektə malikdir: dərinin quruluğu aradan qalxır, qırışlar itir, toxumalar dartılır, üzün rəngi yaxşılaşır, piqment ləkələrin qarşısı alınır;
  • Nəticə ilk prosedurdan bilinir;
  • Bərpa dövrü minimaldır;
  • Ağırlaşmalara çox nadir hallarda rast gəlinir.

Biorevitalizasiya qiyməti

Biorevitalizasiya nədir və ondan hansı hallarda istifadə olunur?

  • Dəridə quruluq;
  • Sızanaq;
  • Çapıq, dəri çatları (striya);
  • Dərinin elastikliyinin azalması, buxağın formalaşması və üz ovalının itməsi;
  • Üz rənginin tutqunlaşması;
  • Dəridə yaşla bağlı dəyişikliklər (xırda qırışlar, xarici görünüşün korlanması).

Biorevitalizasiya nədir və kimlərə qadağandır?

  • Hamilə və süd verən qadınlar;
  • İnyeksiya zonasında iltihabi proses, xal və papilloması olan şəxslər;
  • Kelloid çapıqlara meyilli insanlar;
  • Qanda laxtalanma problemi olanlar.

Biorevitalizasiya nədir və onun effekti nə zaman bilinir?

  • Nəticə birinci prosedurdan sonra aydın şəkildə nəzərə çarpır:
  • Dəri dərindən nəmlənir;
  • Üzün rəngi yaxşılaşır, elastiklik bərpa olunur;
  • Gözaltı qaralar, piqment ləkələri itir;
  • Sızanaq və postakne aradan qalxır;
  • Məsamələr daralır;
  • Çapıqlar sorulur.

Biorevitalizasiya təsiri

Biorevitalizasiya nədir və ondan sonra dəriyə necə qulluq edilir?

  • Prosedurdan sonra 1 saat müddətində üzə dekorativ kosmetika çəkmək qadağandır;
  • 1 gün fiziki yüklənmələr və idman məşqlərindən imtina edilməlidir;
  • Birinci gün əllə üzə toxunmamağa çalışmaq lazımdır;
  • İlk günlərdə üzü su ilə yumaq icazəli deyil;
  • 1 həftə ərzində dərinin günəş şüalarından qorumaq məsləhət görülür;
  • 7 gün sauna və hamama getmək olmaz.

Biorevitalizasiyanın mezoterapiyadan fərqi nədir?

Cavanlaşdırıcı prosedurlar arasında biorevitalizasiya ilə yanaşı mezoterapiya da vardır. Hər 2 prosedur inyeksiya ilə aparılır və dərini hüceyrə səviyyəsində cavanlaşdırır. Sadəcə mezokokteyllərdə hialuron turşusunun faizi daha aşağı olur. Mezoterapiya əsasən damar ulduzcuqları, sızanaqlar, piqment ləkələrə qarşı istifadə olunur.

Biorevitalizasiya nədir?

Biorevitalizasiya nədir və onun hansı növləri vardır?

Ən məşhur üsul inyeksion biorevitalizasiya sayılır. Digər növlərlə müqayisədə onun effekti daha uzunmüddətli olur. İnyeksion biorevitalizasiya hialuron turşusunun dərinin ən dərin qatlarına nüfuz etməsinə şərait yaradır. Hialuron turşusunun yeridilmə üsulundan asılı olaraq, biorevitalizasiyanın digər növləri də vardır:

  • Lazer (dərinin tamlığı pozulmadan lazerlə aparılır);
  • Aparatla (hialuron turşusu dəri altına ionlar və ya lazerlə yeridilir);
  • Fraksion (eynizamanda 10-12 iynə dəri altına keçir);
  • Peptid (dəriyə peptid inyeksiyaları ilə təsir göstərilir, hüceyrələrin bölünmə və yetişməsi sürətlənir);
  • Airagent (xüsusi tapança ilə yerinə yetirilir);
  • Qeyri-invaziv (hialuron turşusu mirocərəyanla dəri altına yeridilir).

Biorevitalizasiyanın növü həkim-kosmetoloq tərəfindən seçilir. Nəticənin qalıcı olması üçün proseduru 6 aydan bir təkrarlamaq tövsiyə edilir.

Xətai rayonu, Məhəmməd Hadi küç.106

Yasamal rayonu, Abbasmirzə Şərifzadə küç.100

Lənkəran şəhəri, 21-ci məhəllə

info@davinciestetic.az

+994 12 433 03 00

  +994 70 530 50 80 / 81

 İŞ SAATLARI

 Həftə içi 5 gün saat 09:00-18:00
    Şənbə və Bazar günləri saat 10:00-17:00